BDU Türkiyədə keçirilən “TEKNOFEST 2022” Aerokosmik və Texnologiya Festivalında təmsil olunur

31/08/2022

Bakı Dövlət Universiteti (BDU) Türkiyənin Samsun şəhərində keçirilən “TEKNOFEST 2022” Aerokosmik və Texnologiya Festivalında təmsil olunur.


“TEKNOFEST Azərbaycan” festivalında “Aqrar texnologiyalar” və “Sosial yönümlü texnologiyalar” kateqoriyaları üzrə qalib (II, III yer) olan BDU-nun “Demetra” və “Nano” komandaları öz layihələrini Universitet üçün ayrılmış stenddə təqdim edib, layihələr haqqında ziyarətçilərə və müxtəlif investor şirkətlərə məlumat veriblər.

Festival iştirakçılarına həmçinin BDU haqqında bukletlər də təqdim olunub.

BDU təmsilçiləri festivala qatılan universitetlərin layihələri ilə yaxından tanış olub. Universitetlərin əməkdaşları və tələbələrinə BDU, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və burada həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib, müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, avqustun 30-da Türkiyənin Samsun şəhərində “TEKNOFEST 2022” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılışı olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz festivalda 300 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunur.

“TEKNOFEST Azərbaycan”ın qalibi olmuş 16 komanda Samsun şəhərində keçirilən festivalda iştirak edir və layihələrini ziyarətçilərə təqdim edir. “TEKNOFEST 2022” Aerokosmik və Texnologiya Festivalı sentyabrın 4-dək davam edəcək.

“TEKNOFEST” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın ziyarətçi izləyib. Festival çərçivəsində 3 beynəlxalq tədbir və 8 texnoloji müsabiqə təşkil olunub.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024