BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

01/05/2019

Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” (“Modern Trends in Physics”) mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET – nüvə texnologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı regional şəbəkəsi və İtaliyanın Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, İtaliya, Yaponiya, Pakistan, Almaniya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin və elmi-tədqiqat institutlarının alimləri iştirak ediblər.
BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə BDU-nun 100 illik yubileyinə həsr olunmuş konfransı açaraq onun əhəmiyyətindən danışıb.
Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov proqram haqqında məlumat verdikdən sonra Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov konfransın işinə uğurlar arzulayıb.
Plenar iclasdan sonra konfrans işini “Nanotexnoloğiyalar və materialşünaslıq”, “Opto-nano elektronika”, “Kondensləşmiş mühitlər fizikası”, “Nəzəri, riyazi və yüksək enerjilər fizikası”, “Bioloji və tibbi fizika”, “Alternativ enerji mənbələri” adlı bölmələrdə davam etdirib.

Mətbuat və informasiya şöbəsi, 01 may 2019-cu il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026