Sapienza Universitetinin professoru BDU-da mühazirə oxuyacaq

01/10/2014

Romanın Sapienza Universitetinin professoru Angelo Xianeze  oktyabrın 1-dən 10-na kimi Bakı Dövlət Universitetidə ətraf mühit nanotexnologiyasından mühazirələr oxuyacaq. Qeyd edək ki,  Bakı Dövlət Universiteti  AB-nin TEMPUS “ECONANO” layihəsinin Azərbaycanda koordinatoru kimi Ətraf mühit mühəndisliyi üzrə  inkişaf kursları təşkil edib. Bu kurslarda BDU, QU və AzMİU universitetlərindən  seçilmiş tələbələr  nanotexnologiyanın ətraf mühitə tətbiqinin nəzəri və praktiki məsələlərini öyrənəcəklər. Kursların sonunda onlar 60 kredit (30 nəzəri və 30 praktiki) qazanaraq diplom alacaqlar. ECONANO tələbələri İtaliyada, YUnanıstanda v və Parisdə təcrübələr aparacaq  və praktiki məşğələlərlə məşğul olacaqlar.

Mətbuat və informasiya şöbəs, 01 oktyabr 2014-cü il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026