BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elman Abdullayevlə görüş

14/10/2026

Bakı Dövlət Universiteti (BDU), Xarici İşlər Nazirliyi (XİN), “BDU könüllüləri” və “Diplomatiya könüllüləri” təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya saatı” layihəsinin növbəti qonağı XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın Daimi Katibliyinin Baş katibi Elman Abdullayev olub.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, “Diplomatiya saatı” layihəsi tələbələrin diplomatik fəaliyyətin mahiyyətini daha yaxından öyrənməsi, beynəlxalq münasibətlər sahəsində biliklərini genişləndirməsi və gələcək peşəkar fəaliyyətlərinə hazırlaşması baxımından mühüm əhəmiyyət daşıyır.

XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın Daimi Katibliyinin Baş katibi Elman Abdullayev Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, qorunması və təbliği istiqamətində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib. UNESCO ilə əməkdaşlığın mədəniyyət, təhsil və elm sahələrinin inkişafında, mədəniyyətlərarası dialoqun təşviqində və Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsində mühüm rolunu vurğulayıb. Səfir təşkilatın prioritet istiqamətlərinə toxunaraq, ictimai diplomatiyanın dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfədən də danışıb: “Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan maddi və qeyri-maddi irs nümunələrinin UNESCO-nun müvafiq beynəlxalq siyahılarında yer alması milli-mədəni dəyərlərimizin dünya miqyasında tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Muğam, aşıq sənəti, xalçaçılıq, kəlağayı sənəti və digər mədəni irs nümunələrimizin beynəlxalq səviyyədə tanıdılması Azərbaycanın zəngin mədəni ənənələrinin təbliğinə, qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu istiqamətdə maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, xüsusilə gənclərin milli irsimizin öyrənilməsi və beynəlxalq auditoriyaya təqdim olunması prosesində fəal iştirakı çox vacibdir”.

Daha sonra qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.

 

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026