“100 illik xəzinə” verilişinə start verilib
06/03/2019
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar olaraq Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında “100 illik xəzinə” adlı verilişin yayımlanmasına start verilib. Verlişin ilk buraxılışında Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev fakültənin inkişafı, tarixi və fəaliyyəti barəsində danışıb.
Qeyd edək ki, verilişin hazırlanmasında başlıca məqsəd 100 illik tarixə malik qocaman ali təhsil ocağının 16 fakültəsi barədə geniş məlumat verməkdir.
Maarifləndirici proqramın layihə rəhbərləri Vüqar Zifəroğlu, Ramin Rzayev, ideya müəllifi və aparıcısı Aygün Qurbanlıdır.
Verilişi izləmək istəyənlər BDU TV youtube kanalına müraciət edə bilərlər.
Mətbuat və İnformasiya şöbəsi, 06 mart 2019-cu il
![]() |
|||
![]() |
|||
![]() |
|||
![]() |
Xəbərlər
VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar




