BDU-nun dosenti Bolqarıstanda beynəlxalq konfransda məruzə edib

10/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin 10 illik yubileyi münasibətilə keçirilən “Azərbaycan – Avropa və Asiyanın kəsişməsi” adlı Beynəlxalq elmi konfransda məruzə edib.

“Azərbaycan dilçiliyində ədəbi dillə dialektlərin qarşılıqlı əlaqəsinin elmi-nəzəri prinsipləri” adlı məruzəsində Sevinc Əliyeva ədəbi dilin formalaşmasında dialektlərin, ictimai-tarixi amillərin rolunu vurğulayıb. Dialektlərin ədəbi dilin lüğət tərkibini zənginləşdirən əsas mənbələrdən olduğunu nümunələrlə diqqətə çatdırıb.

Konfransda həmçinin Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri, professor Sevinc Əliyeva, Bakı Slavyan Universitetinin prorektoru Nailə Xəndan, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru Sofiya Şiqaeva-Mitreskaya, Türkologiya və altayşünaslıq kafedrasının müdiri, professor İrina Sarıvanova çıxışlarında Azərbaycan dilinin zənginliyindən danışıb, bolqar dili ilə müqayisəli təhlilini aparıblar.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026