10 azərbaycanlı tələbə-jurnalist Nişantaşı Universitetində dərs alacaq

23/12/2020

Media könüllüləri-145 layihəsinin təlimləri uğurla davam edir. 22 dekabrda keçirilmiş növbəti onlayn təlimlərdə NTV-nin xəbər aparıcısı, Nişantaşı Universitetinin müəllimi Seda Öğretir və Nişantaşı Universitetinin digər müəllimi Hamdi Arslan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
İlk seminarda Seda Öğretir tələbələrin "Onlayn media"nın sürətlə inkişaf etdiyi bir çağda telejurnalistilər müasir zamanın "nəbzi"ni necə tutmalı? Xəbər aparıcısı necə olmalı? Gözəl diksiyaya necə sahib olmaq olar? və s. kimi suallarını cavablandırıb.
Seda Öğretir həmçinin ənənəvi media sayılan telejurnalistikanın "yeni media"ya transformasiya olunmağından bəhs edib.
Bəs, "yeni media" nədir? Yeni media insanların kompüter, internet, mobil texnologiyalardan istifadə etməklə, zaman və məkan asılılığı olmadan ünsiyyətdə olduqları media mühitidir. Yeni media kommunikasiya mühitinin internet üzərində olmasıdır.
"Onlayn"a transformasiyanın vacibliyini vurğulayan Seda Öğretir xəbər aparıcılığı etdiyi media qurumu - NTV-nin də  bu mühitə konvergensiyasından danışıb.
Xəbər çatdırılmasından danışan Seda Öğretir xəbər aparıcılarının özəlliklərini də vurğulayıb. Onun fikrincə, xəbər aparıcısı gözəl olmaya bilər, amma baxımlı, səliqəli olmalıdır. Xanım aparıcılar izləyicini özünə yox, xəbərə cəlb etməlidir. Qırmızı dodaq boyası, gözqamaşdırıcı aksessuarlardan istifadə etmək izləyicinin fikirini xəbərdən yayındırır.
Azərbaycan vaxtı ilə saat 3-də baş tutmuş onlayn seminarda isə Hamdi Arslan tələbələrlə görüşüb.
Hamdi Arslan telexəbərdə qrafiklərdən istifadə haqqında danışıb və tələbələrin bir sıra suallarını cavablayıb.
Qəzetlərdə, kitablarda oxucuları cəlb etmək üçün bəzəkli qrafik elementlərdən, şrift stillərindən istifadənin doğru olmadığını, dizaynın yox, əsas mövzunun oxucunu cəlb etməli olduğunu qeyd edib. Türk maqazin mediasında belə hallara çox rast gəlindiyini söyləyib.
Qeyd edək ki, "Media könüllüləri-145" layihəsi Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyinə və "Könüllülər ili"nə həsr olunub. Layihənin rəhbəri Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıdır. Layihənin əsas məqsədi tələbə jurnalistlərin xarici mediaya inteqrasiyasını təmin etmək və bu vasitə ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, onların bilik və bacarıqlarını artırmaq, cəmiyyət üçün həssas və ciddi sahə olan jurnalistika sahəsində peşəkar addımlamalarına təkan verməkdir.
Layihədə Bakı Dövlət Universitetinin 145 tələbəsi iştirak edir.
Bundan öncə tələbələrə tanınmış savaş müxbiri İrfan Sapmaz hərbi jurnalistika təlimi keçmişdi. Təlim iştirakçıları sertifikatlarla təltif olunmuşdular.
Digər görüş isə jurnalistikanın məşhur simalarından olan Bülent Çöltekin ilə telejurnalistika ilə bağlı baş tutmuşdu.
Bu dəfəki təlimlərdə müəllimlərin dərsləri barədə mətbuatda, sosial şəbəkələrdə çıxış edən tələbələrdən ən yaxşı 10 yazı müəllifi Nişantaşı Universitetinin jurnalistika fakültəsinin onlayn dərslərinə qatılmaq imkanı əldə edəcək.
Layihə çərçivəsində növbəti təlimlər SMM işi (sosial media meneceri) ilə bağlı olacaq.

https://modern.az/az/news/270576/10

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva
10/10/2024

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”
10/10/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar
10/10/2024