12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika günüdür

12/04/2020

12 aprel  dünyada Aviasiya və Kosmonavtika günü kimi qeyd edilir. 1961-ci ilin aprel ayının 12-də dünyada ilk dəfə sovet kosmonavtı Yuri Qaqarin “Vostok-1” hava gəmisində açıq kosmosa çıxıb. Kosmosun fəthi erasının əsasını qoyan bu uçuş 108 dəqiqə davam edib.

Bu uçuşdan sonra orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub, kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib.

Dünyanın kosmik sənaye sahəsindəki nailiyyətləri Azərbaycanda bu elmin və sənayenin inkişafına böyük təkan verib. Bu sahədə yeni elm və istehsalat sahələri yaranıb, milli kadrlar məktəbi formalaşmağa başlayıb. Ölkədə fəaliyyət göstərən Milli Aerokosmik Agentlik ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsinə, peyk kəşfiyyatı, naviqasiya rabitəsi, həmçinin ekoloji problemlərin və mülki təyinatlı məsələlərin həllinə öz töhfəsini verməkdədir.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026