Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

12/10/2017

Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Giriş sözü ilə çıxış dekan, professor Məmmədəli Ramazanov gündəlikdə olan məsələlər barədə məlumat verib. Bildirib ki, gündəliyə fakültə Elmi-Metodik Şurasının hesabatının dinlənilməsi, vakant yerlərə namizədlərin səsverməyə buraxılması və cari məsələlər daxil edilib. Əvvəlcə Nəzəri fizika kafedrasının professoru Sərhəddin Abdullayevin gənc mütəxəssislərin hazırlanması və onlara vətənpərvərlik hisslərinin aşılanmasındakı səmərəli fəaliyyətinə, fəal ziyalı mövqeyinə, uğurlu elmi-tədqiqat fəaliyyətinə və digər xidmətlərinə görə  Azərbaycan Respublikası “Avropa Nəşr Mətbuat Evi”-nin təsis etdiyi “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplomu  təqdim edilib. Təşkilatın nümayəndəsi tərəfindən qızıl medal və diplom professora təqdim edilib.

Daha sonra Fakültə TMŞ-nin sədri, professor Əhməd Abdinov çıxışında son bir il ərzində Şura tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verib. Məruzə ətrafında çıxış edən professorlar - Nadir Qəhrəmanov, Eldar Məsimov, Sacidə Əbdülvahabova TMŞ-nin fəaliyyətini yüksək qiymətləndirib, hesabatın qəbul olunmasını təklif ediblər. Bundan sonra Elmi Şuranın üzvləri fakültə Elmi-Metodik Şurasının hesabatının qəbul olunmasına səs veriblər.

Vakant yerlərin tutulması ilə bağlı namizədlərin adları və tutduqları vəzifələr elan olunub, onlar səsverməyə buraxılıblar.

Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatıb.

http://physics.bsu.edu.az/

Xəbərlər

Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı

Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı
31/03/2025

BDU kollektivi Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

BDU kollektivi Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib
31/03/2025

BDU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

BDU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
31/03/2025