BDU-da Hüseyn Arifin 100 illik yubileyi qeyd olunub

14/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Dövlət mükafatı laureatı, Xalq şairi Hüseyn Arifin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, “Söz” Yaradıcılıq Birliyinin rəhbəri Məti Osmanoğlu bildirib ki, ədəbi aləmə 1940-cı illərdə Hüseyn Hüseynzadə imzası ilə qədəm qoyan Hüseyn Arifin şair kimliyi, ədəbiyyat tarixindəki təyinatı özünü 1960-cı illərdə təsdiqləyib. Cəmiyyət üçün də, elm, mədəniyyət və ədəbiyyat üçün də köklü dəyişmələr, böyük silkələnmələr dövrü olan həmin illərdə Hüseyn Arifin təmsil etdiyi təbiət poeziyası ədəbiyyatımızda yeni bir təmayül kimi müəyyənləşib.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov Hüseyn Arifin xarakterinin özünəməxsusluğuna diqqət çəkib, şairin şəxsiyyəti ilə yaradıcılığının bir-birini tamamladığını vurğulayıb. Sovet dövründə Azərbaycan Respublikasının Dövlət himninin mətninin yazılmasının Ümummilli Lider Heydər Əliyev tərəfindən Hüseyn Arifə həvalə edilməsinin təsadüf olmadığını vurğulayan akademik Nizami Cəfərov şairin bənzərsiz poeziyasının həm ədəbiyyat tariximiz, həm də milli oyanışımız baxımından fərqli hadisə olduğunu qeyd edib.

Tərdbirdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Mətanət Saraclı, Türkologiya kafedrasının dosenti İslam Vəliyev, fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlov çıxış edərək, şairin yaradıcılığının müxtəlif aspektləri haqqında məlumat veriblər.

Tədbirdə tələbələrin ifasında Hüseyn Arifin şeirlərindən nümunələr səsləndirilib,  Aşıq İlqar Qələmçəli şairin sevdiyi saz havalarını ifa edib.

 

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026