14-cü Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasına hazırlıq dərsləri davam edir

27/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 2021-ci ilin noyabr ayında Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək 14-cü Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasnda ölkəmizi təmsil edəcək iştirakçıların hazırlanması məqsədi ilə hazırlıq dərsləri keçirir. Hazırlıq dərslərinin təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin artırılması, ölkədə olimpiada hərəkatının genişlənməsinə töhfə verməkdir. Məktəblilər öz məktəblərində dərslərinə davam etməklə yanaşı, həftədə bir neçə dəfə xüsusi hazırlıq məşğələlərində iştirak edirlər. Olimpiadaya hazırlıq dərslərində şagirdlərin nəzəri biliklərlə yanaşı, praktiki bilik və bacarıqları artırılır.

Hazırlıq dərsləri BDU, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitunun birgə təşkilatçılığı və Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin maliyyə dəstəyi ilə keçirilir. Dərslərdə ölkəmizi bu yarışda təmsil edəcək, iki mərhələdən ibarət müsabiqədə seçilmiş 9-11 sinif şagirdləri iştirak edir.

Qeyd edək ki, ölkəmiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasna 2007-ci ildən sonra ilk dəfə ötən tədris ilində qatılıb və iştirakçılar həvəsləndirici diplom və sertifikatlar ilə təltif ediliblər. Respublika üzrə keçirilən seçim turu fəlsəfə, məntiq, astronomiya, tibb və s. elmlərə dərindən nüfuz etmiş dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026