15 sentyabr – Bakının erməni işğalından azad edilməsi günüdür

15/09/2021

Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad ediblər. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün çox ağır  vəziyyətinə rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Bir sıra Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə qarşı çıxmasına baxmayaraq qardaş köməyini əsirgəməyən Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi missiyasını şərəflə yerinə yetirdi.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra ölkəmizdə hər il sentyabrın 15-i bu şanlı tarix qeyd edilir, şəhidlərin xatirəsi anılır. 103 il bundan əvvəl yaşanan bu şanlı tarixi, Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək tariximizə yazdıqları bu şərəfli gün həm də Türkiyə - Azərbaycan qardaşlığının rəmzinə çevrilib.

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026