BDU-nun professoru İlhamə Hacıyeva Polis Akademiyasının kursantlarına mühazirə oxuyub

16/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, filologiya elmləri doktoru, professor İlhamə Hacıyeva Polis Akademiyasının kursantlarına “Dil siyasəti” mövzusunda mühazirə oxuyub.

Nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq, kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübi vərdişlərinin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə təşkil olunan mühazirədə Dil hazırlığı kafedrasının müəllimləri də iştirak ediblər.

“Dil siyasəti” mövzusunda geniş məruzə edən professor İlhamə Hacıyeva dilin cəmiyyət və dövlət həyatında rolundan danışıb, millət və dövlət quruculuğunda dil siyasətinin əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, ölkədə dil quruculuğu yönündə baş verən köklü dəyişikliklər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və bu gün həmin şərəfli yolu Prezident İlham Əliyev uğurla davam etdirir.

Mühazirə kursantların iştirakı ilə düzgün ünsiyyətə dair məqamlarlarla bağlı müzakirə formasında davam edib. Sonra professor İlhamə Hacıyeva kursantların suallarını cavablandırıb.

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026