17 Noyabr - Milli Dirçəliş Günüdür

17/11/2025

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü ölkəmizin müstəqilliyinin bərpa olunmasında önəmli və tarixi rol oynayıb.

Bu tarix Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində daha da əlamətdar xarakter alıb. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Bununla da milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atılmış oldu. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə edildi. Üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Sessiya Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxararaq onun dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi xalqa ümid oldu. Bütün sahələrdə inkişaf müşahidə olunmağa başladı, xalqımızın milli dirçəlişi və mənəvi dəyərlərinin yüksək tutulması, adət və ənənələrimizin qorunub saxlanılması reallığa çevrildi.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirir, ölkəmiz dünyada söz və nüfuz sahibi kimi tanınaraq müdafiə qüdrətini daha da artırır.

Artıq beş ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi nəticəsində qəhrəman Ordumuz uzun illər düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi. 2023-cü il sentyabrın 19-da isə cəmi 24 saatdan da az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış seperatçılar təslim oldu, suverenliyimiz tam təmin olundu.

Artıq beş ildir ki, azad olunmuş bütün ərazilərimiz dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Lider-Ordu-Xalq birliyi ilə qazanılan Qələbəmizi gələcəyə sarsılmaz inam və qürur duyğuları daha da möhkəmləndirir.

Xalqımızın həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Milli Dirçəliş Gününüz mübarək!

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2025

BDU-nun dekanı Polşada Türkoloji tədqiqatlar üzrə beynəlxalq konfransda məruzə edib

BDU-nun dekanı Polşada Türkoloji tədqiqatlar üzrə beynəlxalq konfransda məruzə edib
17/11/2025

BDU-da Respublika Gənclər Kitabxanasına dair elmi seminar

BDU-da Respublika Gənclər Kitabxanasına dair elmi seminar
17/11/2025