BDU-nun 17 yaşlı tələbəsindən fədakar addım

30/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin I kurs tələbəsi, 17 yaşlı Nazim Həsənov örnək addım atıb. Belə ki, əlaçı tələbə Türkiyədə baş vermiş əsrin zəlzələsi nəticəsində zərərçəkmişlərə yardım fonduna “Ziraat” bankının Bakı ofisi vasitəsi ilə ilk təqaüdünün 1-ci ayının tam - 175 manat məbləğini köçürüb. Bu, Azərbaycan tələbə gənclərinin insanlığa, Türkiyəmizə sevgisinin bariz və fədakar nümunəsidir.

Nazimin atası Vəfa Həsənov 8 il əvvəl qəflətən ürəktutmadan dünyasını dəyişib. Babasının himayəsində böyüyən Nazim 2022-ci ildə orta təhsilini “İdrak” liseyində əla qiymətlərlə bitirib. Həmin il qəbul imtahanlarında 610 bal toplayaraq BDU-nun Hüquq fakültəsinin tələbəsi adını qazanıb. 2023-cü il qış imtahan sessiyasında I kursun ilk semestrinin bütün imtahanlarından yüksək nəticə toplayaraq əlaçı olub.

Gələcəyin hüquqşünası Nazim vətənpərvər gənclərimizdən biridir. Deyir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində Qarabağın, o cümlədən Şuşanın erməni işğalından azad edilməsi, Zəfər Günü onun həyatında ən sevindirici gün olub. Yaxın gələcək üçün arzusu 18 yaşı tamam olanda Şuşaya səfər etmək və sona qədər əlaçı olmaqla BDU-nu fərqlənmə diplomu ilə bitirməkdir.

Nazim asudə vaxtlarinda M.F.Axundov adına Mərkəzi Kitabxanaya, əlavə ingilis dili kursuna gedir, bədii ədəbiyyat oxuyur, üzgüçülük və futbolla da həvəskar kimi məşğul olur.

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
21/10/2026