200000-dən çox elektron kitabdan ödənişsiz istifadə imkanı

04/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Universitetin professor-müəllim heyəti, gənc tədqiqatçıları və oxucularına 200000-dən çox elektron kitabı əhatə edən EBSCO eBook Akademik Kolleksiyasından istifadə imkanı təqdim edir. Kolleksiyadan istifadə 2022-ci il may ayından etibarən heç bir ödəniş tələb edilmədən 3 ay müddətində davam edəcək. Elektron kitablar qeyri-məhdud sayda istifadəçi üçün əlçatandır və yeni kitablar mütəmadi olaraq kolleksiyaya əlavə olunur.

Aparıcı nəşriyyatların kitablarından ibarət kolleksiyanın rahat interfeysi onu istifadəçilər üçün əsas elektron resurs bazasına çevirir.

Kolleksiyadan istifadə edə bilmək üçün Elmi Kitabxananın elektron kitabxana səhifəsindən və ya  EBSCOHost elektron platformasından https://web.s.ebscohost.com/ehost/search/advanced?vid=1&sid=d37afe92-daab-4db1-ba7e-7790bb88ee8e%40redis linki vasitəsilə eBook Academic Collection Trial bölməsinə daxil olmaq lazımdır.

BDU ərazisindən kənarda bsuni istifadəçi adı, Research123! şifrəsi vasitəsilə EBSCO eBook Akademik Kolleksiyasından istifadə etmək mümkündür.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026