Yaponiyalı PR mütəxəssisi “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsində təlim keçib

20/02/2018

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin Yaponiyanın “Sunny Side UP. İNC. PR” şirkətinin prezidenti və baş icraçı direktoru Etsuko Tsugihara və Azərbaycan-Finlandiya Assosiasiyasının vitse-prezidenti Arzu Oqtayın iştirakı ilə növbəti təlimi keçirilib. “Beynəlxalq təcrübədə PR” mövzusunda məruzə ilə çıxış edən Etsuko Tsugihara PR-ın müasir dünyada və zamanda əhəmiyyəti, o cümlədən reallıqlar, ehtiyaclar, yeniliklər və yeni tendensiyalarla bağlı fikir və təcrübələrini bölüşüb. 1985-ci ildə yeniyetmə ikən anası ilə birlikdə PR şirkəti quran Etsuko Tsugiharanın firması tezliklə öz unikal stili ilə diqqət çəkib, “Gəlin əylənək!” şüarı ilə tanınıb. Bir PR firmasının öz qarşısına qoya biləcəyi sərhədlərə meydan oxuyan “Sunny Side UP. İNC. PR” idman marketinqi, marka idarəçiliyi, biznesin inkişafı və başqa bir çox xidmətlər göstərən çoxsahəli bir şirkət kimi məşhurlaşıb.

Azərbaycan-Finlandiya Assosiasiyasının vitse-prezidenti Arzu Oqtay isə diaspor quruculuğu istiqamətindəki fəaliyyətindən, Azərbaycan mədəniyyətinin təbliği və tanınması sahəsində gördüyü işlərdən bəhs edib. Finlandiyanın təhsil sistemi haqqında məlumat verən Arzu Oqtay onu da bildirib ki, Finlandiya Avropa ölkələri arasında yeganə dövlətdir ki, burada azsaylı xalqların ana dili tədris edilir.

Təlim iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.


BDU-nun Mətbuat və informasiya şöbəsi, 20 fevral 2018-ci il.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026