2011-2012-ci tədris ilində universitetdaxili “50+50” qrant müsabiqəsi

07/04/2011

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmrilə təsis edilmiş universitetdaxili “50+50” qrant proqramının 1 oktyabr 2011-30 iyun 2012-ci il tarixlərini əhatə edən yeni mərhələsini açıq elan edir.

Müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formaları BDU-nun elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Təqdimat sənədləri 1 aprel 2011-ci ildən 15 may 2011-ci il tarixinədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir.

Fakültə və institutların müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri 30 may 2011-ci il tarixinədək universitet komissiyasına təqdim edilməlidir.

2010-2011-ci illərdə universitetdaxili “50+50” qrant proqramının qalibləri yeni müsabiqədə iştirak edə bilməzlər.

Universitetdaxili “50+50” qrant proqramı çərçivəsində alınmış nəticələrdə (məqalə, monoqrafiya, kitab, tezis və s.) bu qrant proqramına istinad edilməlidir.

 

Əməkdaşlar üçün təqdimat forması
Doktorant və dissertantlar üçün təqdimat forması
Tələbələr üçün təqdimat formasi

Xəbərlər

BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir

BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir
03/04/2026

“Zəfərə gedən yol”

“Zəfərə gedən yol”
03/04/2026

“Aprel döyüşləri böyük Zəfərin baş məşqi idi” – BDU-da tədbir

“Aprel döyüşləri böyük Zəfərin baş məşqi idi” – BDU-da tədbir
03/04/2026