2012/2013-cü tədris ilində universitetdaxili “50+50” qrant müsabiqəsi

10/04/2012

E  L  A  N

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və bakalavr pilləsində təhsil alan tələbələrin elm və təhsildə, universitet həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək üçün BDU-nun rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmrilə təsis edilmiş universitetdaxili “50+50” qrant proqramının 01 oktyabr 2012-30 iyun 2013-cü il tarixlərini əhatə edən yeni mərhələsini açıq elan edir.

Müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formalarını BDU-nun elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Təqdimat sənədləri 05 aprel 2012-ci ildən 15 may 2012-ci il tarixədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir.

Fakültə və ETİ-lərin müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri 30 may 2012-ci il tarixədək universitet komissiyasına təqdim edilməlidir.

2011/2012-ci illərdə “50+50” qrant proqramının qalibləri yeni müsabiqədə iştirak edə bilməzlər.

Universitetdaxili “50+50” qrant proqramı çərçivəsində alınmış nəticələrin nəşri zamanı (məqalə, monoqrafiya, kitab, tezis və s.) bu qrant proqramına hökmən istinad edilməlidir.

Əməkdaşlar  üçün  təqdimat  formasi

Doktorant və magistrantlar üçün  təqdimat formasi

Tələbələr üçün təqdimat formasi

Xəbərlər

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
25/11/2026

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
25/11/2026

BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib

BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib
25/11/2026