2013-cü il üçün 2- ci “Mobillik qrantı” müsabiqəsi (EİF-MOB-2-2013-4(10)) başa çatıb

07/08/2013

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi layihələrin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün 2- ci “Mobillik qrantı” müsabiqəsi (EİF-MOB-2-2013-4(10)) başa çatıb.

“Mobillik qrantı” müsabiqəsinin qalibləri arasında  Bakı Dövlət Universitetinin əməkdaşları da olublar. Belə ki, Fizika-riyaziyyat və texnika elmləri üzrə Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Abbasov Hakim Fikrət oğlu, Məmmədov Şahin Əlisəttar oğlu, eyni zamanda Biologiya, tibb və aqrar elmləri üzrə Biologiya fakültəsinin əməkdaşı Əkbərova Günay Hafiz qızı, Kimya elmləri üzrə isə Kimya fakültəsindən Hüseynov Elnur Zatəli oğlu qalib olublar. Qrantın şərtlərinə uyğun olaraq, qaliblər Rusiyada, İtaliyada, Türkiyədə olacaqlar.

Mətbuat və İnformasiya şöbəsi,07 avqust 2013-cü il.

Xəbərlər

BDU-nun dosenti Tariel Abbasov vəfat edib

BDU-nun dosenti Tariel Abbasov vəfat edib
10/06/2026

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
10/06/2026

Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub
10/06/2026