2022-ci ildə BDU 3 ikili diplom müqaviləsi imzalayıb
13/01/2023
Ötən il Bakı Dövlət Universiteti (BDU) 3 ikili diplom müqaviləsi imzalayıb.
2022-ci ildə Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti ilə “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat, Qazaxıstanın L.N. Qumilyov adına Avrasiya Milli Universiteti ilə “Tətbiqi biotexnologiya” ixtisaslaşması üzrə və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə “MBA” ixtisaslaşması üzrə magistratura səviyyələrində ikili diplom proqramları imzalanıb.
Bununla da BDU-da mövcud olan ikili diplom proqramlarının sayı 10-a çatıb.
Xəbərlər
Müstəqilliyimizin əbədi rəmzi
Müstəqilliyimizin əbədi rəmzi
Milli qürur günümüz
Milli qürur günümüz
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
