2023-cü ildə BDU 2 ikili diplom proqramı imzalayıb

16/01/2024

2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq əlaqələri son illərin uğurlu inkişaf dinamikasına uyğun artıb. 2023-cü ildə BDU-da 2 ikili diplom layihəsinin icrasına başlanılıb. Belə ki, 2023-cü il 24 may tarixində BDU və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında”Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramı müqaviləsi imzalanıb. Sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir. 2023-cü il dekabr ayının 8-də BDU ilə Çin Xalq Respublikasının (ÇXR) Anhui Universiteti arasında bakalavriat pilləsində “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə ikili diplom proqramı müqaviləsi imzalanıb. Bu layihə ÇXR-in Dil Tədrisi Əməkdaşlıq Mərkəzi tərəfindən maliyyələşdiriləcək. Bununla da BDU-nun ikili diplom proqramlarının sayı 12-yə çatıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026