2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

06/10/2025

Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsinin elm və ali təhsil istiqamətlərinə həsr olunmuş iclas keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavinləri, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

İclasda “Elm və ali təhsil ekosisteminin gücləndirilməsi” mövzusunda təqdimat edilib. Təqdimatda 2022–2025-ci illərdə elm və ali təhsil sahəsində əldə olunan nəticələr və 2030-cu ilə qədər nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Müzakirələr zamanı ali təhsilin əhatəliliyinin və əlçatanlığının artırılması, məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, beynəlxalq rəqabətlilik və mobilliyin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində elmin və ali təhsilin inkişaf etdirilməsi, elmi potensialın gücləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi kimi prioritetlər diqqətə çatdırılıb.

Bununla yanaşı, ali təhsil müəssisələrinin strateji inkişaf planlarının ölkənin sosial-iqtisadi hədəflərinə uyğunlaşdırılması, universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və nəticə əsaslı elmi tədqiqatların stimullaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.

İştirakçılar qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi, müasir tələblərə cavab verən ali təhsil ekosisteminin formalaşdırılması və elmin cəmiyyətin inkişafındakı rolunun daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

 

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026