20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

18/01/2013

Bu gün Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. 20 Yanvarda Bakı Dövlət Universitetinin də şəhidlər verdiyini deyən rektor bildirib ki, hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün universitetimizin önündə ucaldılmış bu möhtəşəm abidə qarşısına toplaşır, tələbələrimiz tez-tez bu abidəni ziyarət edir və şəhidlərimizlə fəxr edirlər.  Rektor 20 yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Daha sonra kafedra müdiri, professor İzzət Rüstəmov, professor Musa Qasımlı və tələbələr adından Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin magistrantı Kəmalə Aloyeva çıxış ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mətbuat və İnformasiya şöbəsi, 18 yanvar 2013-ci il.

Xəbərlər

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş
31/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
30/07/2026