“20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan gəncləri üçün örnəkdir”

19/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Fakültənin dekanı Afət Məmmədova qeyd edib ki, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin faciə və qəhrəmanlıq səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi.

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev isə bildirib ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan gəncləri üçün örnəkdir. Gələcək nəsillər şəhidlərin qəhrəmanlığından nümunə götürəcək, azadlıq və müstəqilliyimizi qorumaq üçün daim mübarizədə olacaqlar.

Qarabağ müharibəsinin iştirakçısı, ilk  kəşfiyyatçı qadın Növrəstə Yusifova, Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli çıxışlarında bu qanlı faciənin  xalqımızın azadlıq eşqini söndürə bilmədiyini, iradəsinin sarsılmazlığını, mətinliyini göstərdiyini qeyd ediblər. Tədbirin sonunda fakültənin tələbə təşkilatlarının fəallarının ifasında şeirlər səsləndirilib.

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026