20-ci Vişegrad Yay Məktəbinə qəbul başlayıb
08/04/2022
Polşanın Krakov şəhərində keçiriləcək 20-ci Vişegrad Yay Məktəbinə qəbul başlayıb.
20-ci Vişegrad Yay Məktəbi 4-14 iyul tarixlərində keçiriləcək.
10 günlük proqram çərçivəsində iştirakçılar üçün mühazirə, seminar, təlim və təhsil səfərləri təşkil olunacaq. Həmçinin iştirakçılar proqramın “Vişegrad Ted-ex Talks” formatında keçiriləcək bağlanış mərasimində qrup və fərdi şəkildə qısa təqdimatla çıxış edəcəklər.
Proqramda iştirak gənc mütəxəssislərə Avropa ekspertləri və ziyalıları ilə görüşməyə, biliklərini artırmağa, ideya, təcrübə və fikir mübadiləsi aparmağa imkan verəcək.
Ətraflı məlumat və ərizə forması ilə bu elektron ünvanda tanış ola bilərsiniz: https://www.visegradsummerschool.org/how-to-apply-2017
Xəbərlər
BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
