BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

22/09/2023

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Vətən müharibəsi dövründə şəhid olan tələbə və məzunlarının xatirəsini daim əziz tutur, şəhid ailələri və müharibə iştirakçıları ilə vaxtaşırı görüşlər keçirirlər.

Sentyabrın 22-də BDU-nun bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nicat Əhmədovun doğum günündə ailəsi ilə görüşüb, məzarını ziyarət edib. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov və fakültənin fəal tələbələri iştirak ediblər.

Görüşdə çıxış edənlər Nicat Əhmədovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Nicat Əhmədovun müəllimləri və tələbə yoldaşlarının qəlbində daim yaşayacağı qeyd olunub.

Qeyd edək ki, Nicat Əhmədov 2016-2020-ci illərdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təhsil alıb. 2020-ci il oktyabrın 8-də səhər saatlarında Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026

BDU-da “Kriminalistik genetika və STR analizi” mövzusunda elmi seminar

BDU-da “Kriminalistik genetika və STR analizi” mövzusunda elmi seminar
05/06/2026