23 aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür

23/04/2020

Bu gün, 23 aprel kitablardan və mütaliədən zövq almağı təşviq edən Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Müəllif hüquqları anlayışı ilk dəfə Almaniyada meydana çıxmışdır. Əvvəllər yalnız ədəbiyyat sahəsinə aid edilən bu ifadə 1870-ci il iyunun 11-dən etibarən mülkiyyətin bütün formalarını birləşdirmişdir.

YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel dünya şöhrətli dramaturqlar Vilyam Şekspir (1564-1616), Migel de Servantes (1547-1616) və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları günü kimi qeyd edilir. Hər üç yazıçını onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir.

Azərbaycan Respublikasında bu əlamətdar tarix 1997-ci ildən qeyd olunur.

Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitablara və müəlliflərə ehtiram məqsədi ilə təsis olunan Ümumdünya Kitab və Müəllif Hüquqları günü cəmiyyəti, xüsusilə də gəncləri mütaliədən zövq almağa, bəşəriyyətin sosial-mədəni inkişafında əməyi olmuş sənətkarların əvəzsiz irsinə hörmətlə yanaşmağa çağırış günüdür.

Hər bir yaradıcı insanın öz əsərinə müəllif hüququ vardır. Bu, vətəndaş hüququnun elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması və sonrakı fəaliyyəti ilə əlaqədar münasibətlərini tənzimləyən bir bölməsidir və müəllif hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalarla tənzimlənir.

Ümumdünya Kitab və Müəlliflik Hüququ gününə həsr olunan tədbirlərin keçirilməsinin əsas məqsədi kitab və müəlliflik hüququnun əhəmiyyətini bir daha vurğulamaq, informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, mədəni ənənələrin qorunub saxlanmasının vacib olduğunu təsdiqləməkdir.


Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024