“26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib

25/06/2020

İyunun 25-də Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev qeyd edib ki, Milli Ordumuzun yaradılması 102 il bundan əvvələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Liderimizin adı ilə bağlıdır, məhz onun sayəsində ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirilmiş, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılmış, 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılmışdır.

E.Babayev qeyd edib ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz uzaqgörən rəhbərin gərgin zəhmətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Ölkə rəhbərinin iştirakı ilə 2011, 2013 və 2018-ci illərdə Silahlı Qüvvələrimizin möhtəşəm hərbi paradı, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaəti, “Aprel zəfəri” və Naxçıvan əməliyyatları Milli Ordumuzun gücünün və qüdrətinin göstəricisidir.

Rektor Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində bilavasitə təhsil işçilərinin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.

Daha sonra Azərbaycan tarixi kafedrasının professoru Nuru Məmmədov “Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında”, Azərbaycan tarixi kafedrasının dosenti Ələmdar Şahverdiyev “Azərbaycan milli ordusunun yaranması tarixindən”, Tarix fakültəsinin Tələbə Həmkarlar İttifaqının sədri Əli Babazadə “Azərbaycan ordusunun Qarabag düyuşləri: dünən və bugün” mövzusunda məruzə ilə çıxış ediblər.

Çıxışlarda Milli Ordunun yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin silahlı qüvvələrimizin güclənməsi istiqamətində göstərdiyi xidmətlərdən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi quruculuğu prosesindən, 2016-cı il "Aprel döyüşləri"ndə Milli Ordumuznun göstərdiyi şücaətdən, ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətindən, texniki təchizatından, zabit kadrlarının hazırlıq səviyyəsindən ətraflı məlumat veririlib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri 100-dən çox iştirakçı dinləyib.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024