BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

29/12/2016

Bakı Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan bu bayramın tarixindən, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığından danışıb. Qeyd edib ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində inkişaf edir, böyük uğurlara imza atır. Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi hər birimizi sevindirir. Odur ki, bundan sonra da hamımız həmrəy olmalı, dövlətimiz və dövlətçiliyimizin inkişafı naminə daha da əzmlə çalışmalıyıq. Bu bayramın bütün dünya azərbaycanlıları tərəfindən zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən rektor Abel Məhərrəmov hər iki bayram münasibətilə bütün xalqımızı, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.

Sonra Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və Tarix fakültəsinin müəllimi Səidə Quliyevanın çıxışları dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.

Mətbuat və İnformasiya şöbəsi, 29 dekabr 2016-cı il.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026