30 il sonra BDU-da

26/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin 1996-cı il məzunlarının Universiteti bitirmələrinin 30 illiyinə həsr olunmuş görüşü keçirilib. Tədbir çərçivəsində məzunlarla BDU-nun rektoru Elçin Babayev də görüşüb.

Rektor son illərdə Universitetdə həyata keçirilən yeniliklər, yenidənqurma işləri barədə məlumat verərək bildirib ki, aparılan islahatlar nəticəsində tədris və elmi tədqiqat sahələrində mühüm keyfiyyət dəyişiklikləri baş verib. O qeyd edib ki, BDU beynəlxalq reytinq sıralamalarında mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq yüksək nəticələr əldə edib.

Görüş çərçivəsində məzunlar Universitetdə yeni yaradılmış muzeylər, vaxtilə təhsil aldıqları auditoriya və laboratoriyalara baş çəkib, tələbəlik illərinə aid xatirələrini bölüşüblər.

Qeyd olunub ki, həmin məzunlardan Hüseyn Məmmədov hazırda BDU-nun elm və innovasiyalar üzrə prorektoru, Bəxtiyar Paşayev Fizika fakültəsinin dekanı, Məcid Qocayev Nəzəri fizika kafedrasının dosenti, Ruslan Nuriyev isə Ümumi fizika və fizikanın tədrisi kafedrasının baş müəllimi vəzifəsində çalışırlar.

Sonda xatirə şəkilləri çəkdirilib.

 

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026