BDU-nun Jurnalistika fakültəsində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

31/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi, Erməni Araşdırmaları və Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən dekan müavini Samir Mirzəyev erməni millətçiləri tərəfindən son 200 ildə, eləcə də 1918-ci il martın 31-də xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir. O, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Erməni Araşdırmaları və Təlim Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. O, tələbələrin erməni dilinə olan marağının yüksək olmasını vurğulayaraq, düşmənə öz dilində cavab verməyin vacibliyindən bəhs edib. İsmayıl Tanrıverdi daha sonra 44 günlük Vətən müharbəsi dövründə erməni əsirlərin (diversantların) dindirilməsi prosesində tərcüməçi kimi fəaliyyətini də tələbə-müəllim heyətinin diqqətinə çatdırıb.

Fakültə dekanı Vüqar Əliyev tariximizin unudulmaması istiqamətində həyata keçirilən belə tədbirlərin davamlı olacağını bildirib.

Sonda erməni terrorundan bəhs edən videoçarx nümayiş  olunub, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib
13/03/2026

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”
13/03/2026

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”
13/03/2026