348 BDU tələbəsi WUF13-də könüllü kimi fəaliyyət göstərir
20/05/2026
Bakı Dövlət Universitetinin (BDU) 348 tələbəsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) könüllü kimi iştirak edir.
WUF13-ün Azərbaycanda keçirilməsi gənc fəallar üçün qlobal şəhərsalma və dayanıqlı urbanizasiya siyasətinə töhfə vermək baxımından mühüm platformadır. BDU tələbələrinin bu sahədə aktivliyi milli təəssübkeşlik nümunəsi olmaqla yanaşı, şəhərsalma və urban inkişaf siyasətinə böyük dəstəkdir. BDU tələbələri dayanıqlı şəhər mühitinin formalaşdırılması, müasir urbanizasiya prinsipləri və şəhər infrastrukturunun inkişafı ideyalarını təbliğ edir, nümayəndə heyətlərinə dəstək göstərir və forumun uğurla təşkilinə öz töhfələrini verirlər.
Qeyd edək ki, WUF13-də ümumilikdə 2500 könüllü fəaliyyət göstərir.



Xəbərlər
BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
