“44 günlük Zəfər salnaməsi” mövzusunda esse müsabiqəsinin nəticələri elan edilib

18/11/2021

Bakı Dövlət Universiteti (BDU) tələbələri arasında 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunmuş “44 günlük Zəfər salnaməsi” mövzusunda esse müsabiqəsinin nəticələri elan edilib.

Müsabiqəyə Azərbaycan, rus və ingilis dillərində 106 esse təqdim edilib. BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi Rəşad İmanov birinci, Filologiya fakültəsinin IV kurs tələbəsi Vüsalə Əhmədova ikinci, Sosial elmlər və psixologiya fakültəsinin II kurs tələbəsi Elvin Babanlı isə üçüncü yerə layiq görülüb.

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak ediblər. Təqdim olunan esselər Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib. Qaliblərə diplom və pul mükafatı veriləcək. Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026