5511 tələbə imtahanda iştirak edib

02/02/2021

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası onlayn formada öz işini davam etdirir.
02 fevral 2021-ci il tarixində imtahan günü uğurla başa çatıb. İmtahanlar Microsoft Teams platforması üzərindən təşkil edilib, ümumilikdə imtahanlarda bakalavr pilləsində 224 qrup üzrə 5110 tələbə (235 nəfəri SABAH qrupları tələbəsi olmaqla) iştirak edib.
Magistratura pilləsində isə 99 ixtisaslaşmada 62 fənn üzrə 401 magistrant imtahan verib.
BDU-nun Qazax filialında isə 11 qrup üzrə 124 nəfər imtahanlarda iştirak edib.
Sessiya müddətində universitet rektorluğu, dekanlar, dekan müavinləri, nəzarətçi müəllimlər və Tələbə Nəzarət Qrupu imtahanlara mütəmadi onlayn nəzarət edir.
Tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək məqsədilə “Qaynar xətt” və Apellyasiya Komissiyası da fəaliyyətini davam etdirir.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026