6 məzuna BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

26/09/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı BDU ilə Vürçburq Universiteti arasında Avropa Hüququ Magistr Proqramının hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib və Avropa Hüququ Magistr Proqramının ilk 6 məzununa ikili diplom (BDU və Vürçburq Universitetinin diplomları) təqdim edilib.

Qeyd etmək lazımdır ki, 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində “Avropa hüququ” ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Hal-hazırda tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi bu proqramda iştirak edən tələbələrimiz üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir, alman professorları BDU-da mühazirə oxuyur.

Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən ayrılır.

Mətbuat və informasiya şöbəsi, 26 sentyabr, 2013

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026

BDU-da “Açıq qapı” günləri davam edir

BDU-da “Açıq qapı” günləri davam edir
04/08/2026