8 Mart - Beynəlxalq Qadınlar Günüdür

08/03/2021

Bu gün - 8 Mart dünyada, eləcə də ölkəmizdə Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.

Bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edir. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının yüksək potensialından xəbər verir. Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətdə  oynadığı rola, tutduğu yüksək mövqeyə hörmət və ehtiramla yanaşıb. Bu gün qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayır. Onların uğurlu fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılıb. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir.

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Məhz Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək, onların cəmiyyətin rolunu artırmaq məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (komitə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Ümummilli Liderin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm Fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Bu gün bu siyasəti layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin ictima-siyasi həyatında qadınların roluna çox böyük diqqət yetirir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu bir daha təsdiq edir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Əziz qadınlar! Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, sizə yeni-yeni uğurlar arzulayırıq!

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024