BDU aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

16/05/2020

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Üzvi kimya kafedrasının nəzdində fəaliyyət göstərən “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, dosent Əli Xəlilovun həmmüəllifi olduğu “Phenazine-1,6-dicarboxamides: Redox-Responsive Molecular Switches” (“Fenazin-1,6-dikarboksiamidlər: Redoks-Həssas Molekulyar Açarlar”) adlı məqaləsi “Journal of the American Chemical Society” (“Amerika Kimya Cəmiyyətinin Jurnalı”) beynəlxalq jurnalında dərc olunub.

1879-cu ildə təsis olunan “Journal of the American Chemical Society” jurnalı kimya sahəsində dünyanın ən məşhur və nüfuzuna görə ilk sıralarda (İmpakt faktor 14.695) yer alan Q1 reytinqli jurnallarından biridır. (Journal Citation Reports®, Clarivate Analytics 2018).

“Web of Science” portalına əsasən həmin məqalə Bakı Dövlət Universitetindən JACS jurnalında çap edilmiş ilk elmi işdir.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://pubs.acs.org/doi/10.1021/jacs.9b11160

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026