BDU ilə Nişantaşı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

20/11/2020

Türkiyənin Nişantaşı Universitetinin rektoru professor Şenay Yalçın və rektorun müşaviri Sibel Baykut Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə görüşüb.

Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğuna diqqət çəkən E.Babayev Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana əsl qardaşlıq nümunəsi göstərməsi, daima mənəvi dəstək olduğunu nəzərə çatdırıb.

Rektor son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən BDU-nun fəaliyyəti və beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan bəhs edib.

Professor Şenay Yalçın ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. Təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, görüşün məqsədi sırasında elm, texnologiyalar, təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə BDU ilə Nişantaşı Universiteti arasında qarşılıqlı elm-təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Türk dünyası universitetlərinin əməkdaşlığının genişləndirilməsi, perspektivləri müzakirə olunub. Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026