BDU yeni ERASMUS+ KA2 layihəsinin icrasına başlayacaq

12/08/2020

Avropa İttifaqının (Aİ) ERASMUS+ proqramı çərçivəsində növbəti müsabiqənin qalibləri məlum olub. Nəticələrə əsasən, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” ("New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems") - GEOCLIC adlı layihədə (619011-EPP-1-2020-1-KZ-EPPKA2-CBHE-JP) tərəfdaş kimi iştirak edəcək. 2020-2023-cü illərdə icra edilməsi nəzərdə tutulan layihə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin koordinatorluğu ilə baş tutacaq.

Layihədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Rumıniya, Litva və Niderland Krallığının universitetləri tərəfdaş kimi iştirak edəcək.

GEOCLIC layihəsinin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir.

 

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026