BDU-da “Beynəlxalq nəşriyyatların resurslarından istifadə və innovativ xidmətlər” mövzusunda tədbir

09/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKİK) çərçivəsində “Beynəlxalq nəşriyyatların resurslarından istifadə və innovativ xidmətlər” mövzusunda onlayn tədbir keçirilib.

Ölkənin 30-dan çox ali təhsil müəssisəsinin kitabxana rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova 50 ilə yaxındır ki, Azərbaycan ali məktəb kitabxanaları üçün metodiki mərkəz statusunu daşıyan BDU Elmi Kitabxanasının universitet kitabxanaları ilə əməkdaşlıq və metodik fəaliyyətinin yeni müstəvidə qurulmasının vacibliyini vurğulayıb.

EİFL.net üzrə milli əlaqələndirici, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova kitabxanaların beynəlxalq nəşriyyatların resurslarına abunəliyi işinin təşkili problemlərindən bəhs edərək, pandemiya dövründə onlayn innovativ xidmətlərdən daha geniş istifadə olunduğunu qeyd edib.  ADA Universitetinin kitabxana sistemləri üzrə mühəndisi İltifat İbrahimov isə “Kitabxana informasiya sistemləri və müasir texnologiyalar” mövzusunda məruzə edib.

Sonda beynəlxalq nəşriyyatlarla əməkdaşlıq etmək,  onların yerli təmsilçiləri ilə birgə tədbirlər keçirmək, açıq resurslara girişi təmin etmək məsələləri müzakirə edilib.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026