BDU-nun Kimya fakültəsində "Ümummilli liderimiz - Heydər Əliyev" adlı tədbir keçirilib

16/05/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Ümummilli liderimiz - Heydər Əliyev" adlı onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin dekanı Abdülsəyid Əzizov Ümummilli Lider Heydər Əliyevin həyat yolu, fəaliyyəti və gənclərə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib.

Tədbirdə Kimya fakültəsi dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov, Kimyanın tədrisi metodikası kafedrasının dosenti Kamil Haqverdiyev və Fiziki və kolloid kimya kafedrasının dosenti Qəzənfər Bayramov Ulu Öndərin uğurlu dövlət quruculuğu siyasəti haqqında çıxış ediblər.

Tədbirdə Kimya fakültəsi TGT sədri Əli Qədirli, TEC sədri İsa İsayev, THİK sədri Fidan Hüseynli, fakültənin ikinci kurs tələbələri - Fərəh Kərimli, Səmanə Cavadova, birinci kurs tələbələri - Türkan Mahmudova və Zəkiyyə Məmmədova Ümummilli Lider Heydər Əliyev haqqında çıxış ediblər.

Tədbirdə tələbələrin hazırladığı Ulu Öndər haqqında videoçarx nümayiş etdirilib.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026