Böyük Britaniyanın ali təhsil sahəsində verilən “TİMES MÜKAFATI”

30/07/2013

Böyük Britaniyanın ali təhsil sahəsində verilən “TİMES MÜKAFATI” Böyük Britaniyada fəaliyyət göstərən ali təhsil institutlarını əldə etdikləri nailiyyətləri dəyərləndirmək üçün hər il verilən mükafatdır.

BDU-nun TEMPUS proqramı üzrə 2010-2013-cü illər ərzində “Cənubi Qavqazda Biotibbi elmlər sahəsində distant və elektron təhsilin inkişaf etdirilnməsi” adlı layihəsində tərəfdaşı olan  İngiltərənin Vestminister Universiteti “Times” Mükafatına 2012-ci ilin Ən Yaxşı Beynəlxalq Əməkdaşlıq nominasiyası üzrə layiq görülüb. Bunu nəzərə alaraq, Vestminister Universiteti layiq görüldüyü Mükafatın əldə olunmasında Bakı Dövlət Universitetini verdiyi böyük töhfəyə görə öz minnətdarlığını bildirir.  Bunu təsdiqləyən sənəd Gürcüstanda biologiya fakültəsinin müəllimi Yaşar Ömərova təqdim edilmişdir.

Mətbuat və İnformasiya şöbəsi, 30 iyul 2013-cü il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026