Azercell SABAH qrupunun tələbələri üçün təqaüd proqramını təqdim edib

25/09/2018

Bakı Dövlət Universitetində Azercell-in  təqaüd proqramı  ilə bağlı müxtəlif ixtisaslarda təhsil alan III və IV kurs SABAH qrup tələbələri ilə  görüş keçirilib. Görüşdə Azercell-in İnsan qaynaqları departamentinin eksperti Sevinc Teymurova təqaüd proqramının məqsədi, tələbələr üçün yaradılan imkanlar və inkişaf proqramları barədə məlumat verib. Sonra qurumun Marketinq departamentinin aparıcı mütəxəsisi Xatirə Tağıyeva  “Mənim inkişaf yolum” haqqında məruzə edərək öz təəssüratlarını bölüşüb. Sual-cavabda aktiv iştirak edən tələbələrə mükafatlar təqdim olunub.

Qeyd edək ki,  Azercell artıq 3-cü ildir ki, BDU-nun SABAH mərkəzi ilə əməkdaşlıq edir və təqaüd/təcrübə proqramlarında SABAH  qruplarının tələbələrinə 50% kvota ayırır.

Mətbuat və informasiya şöbəsi, 25 sentyabr 2018-ci il.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026