Bakı Dövlət Universiteti ilə “Alexandru İoan Cuza” Universiteti arasında əməkdaşlıq genişlənir

02/03/2020

Bakı Dövlət Universiteti ilə Rumıniyanın “Alexandru İoan Cuza” Universiteti tərəfindən ERASMUS+KA107 tələbə-müəllim mübadiləsi layihəsi imzalanıb. Layihə çərçivəsində BDU-nun Fizika, Kimya, Biologiya fakültələrinin tələbələri 1 semestr müddətinə təhsillərini davam etdirmək, müəllimlər isə staj keçmək imkanları əldə edəcəklər. Bundan əlavə, rumıniyalı tələbə və müəllimlərin BDU-da dərslərini davam etdirməsi  və  mühazirə oxuması mümkün olacaq. Sözügedən əməkdaşlıq nəticəsində tələbə və müəllimlər həm beynəlxalq təcrübəyə yiyələnəcək, həm də müvafiq sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Adıçəkilən layihə üzrə əməkdaşlıq eyni zamanda tələbə və əməkdaşların dünyagörüşünün formalaşmasında və bu istiqamətdə irəliyə doğru addımların atılmasına da öz töhfəsini verəcəkdir.
Onu da qeyd edək ki, “Alexandru İoan Cuza” Universiteti Rumıniyanın Yassı şəhərində yerləşir. 1860-cı ilin oktyabr ayında təsis olunub və ölkənin ən qədim Universitetidir. 24000-dən artıq tələbəsi olan Universitet dünyanın 504 universiteti ilə əməkdaşlıq edir.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026