BDU Kitabxanaçılıq-informasiya fakültəsi əməkdaşlarının yeni monoqrafiyası nəşr olunub

01/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov və fakültənin elmi işlər üzrə dekan müavini, dosent Zahidə Rzayevanın yeni monoqrafiyası nəşr olunub.

Monoqrafiyada Azərbaycanda kitabxanaçılıq-biblioqrafiya sahəsinə dair sənəd axını təhlil edilib, müvafiq ümumiləşdirmələr aparılıb. Tədqiqatda ilk dəfə olaraq kitabxanaçılıq və biblioqrafiya üzrə fəaliyyətə sənədşünaslıq – sənəd axını müstəvisində baxılmış, sahə üzrə sənəd axınının inkişaf mərhələləri, inkişaf meyilləri, müvafiq sahələr üzrə sənəd şleyfi öyrənilmiş, elmi mühitin formalaşması və bu prosesdə ayrı-ayrı görkəmli şəxslərin və müəssisələrin rolu müəyyən edilmişdir.

Eyni zamanda, monoqrafiyada müasir dövrdə kitabxanaçılıq və biblioqrafiya, habelə, kitabşünaslıq sahəsində sənəd axınının strukturu bibliometrik təhlilə cəlb edilmişdir. Əsər sahə mütəxəssisləri və geniş informasiya tələbatçıları üçün nəzərdə tutulmuşdur.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026