BDU əməkdaşı İtaliyada “Nanoscience and Nanotechnology 2024” konfransında iştirak edib

05/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşı Günel Əliyeva İtaliyanın Roma şəhərində Milli Nüvə Fizikası İnstitutunda ənənəvi təşkil olunan “Nanoscience and Nanotechnology 2024” konfransında iştirak edib. Konfransda Günel Əliyeva “C-H aktivləşmə əsasında sintez edilmiş benzo[b]tiofen törəmələri ilə qrafen oksidin funksionallaşdırılması” (“Functionalization of graphene oxide with benzo[b]thiophene derivatives synthesized based on C-H activation”) adlı məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki,tədqiqat işində qrafen oksidin biomolekullar, dərman maddələri, metal və metal oksid əsaslı nanohissəciklərlə qeyri-kovalent funksionallaşdırılması və müxtəlif sahələrdə tətbiqi araşdırılıb.

Günel Əliyeva tədqiqat qrupu tərəfindən sintez edilən funksionallaşdırılmış qrafen oksid haqqında məlumat verib.

Qeyd edək ki, BDU əməkdaşının konfransda iştirakı Avropa Birliyi tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology (COST)) proqramının “CA21126 - Carbon molecular nanostructures in space (NanoSpace)” (Action CA21126) adlı layihəsinin “ITCs Conference Grant” qrantı tərəfindən dəstəklənib. Qrantın əsas məqsədi gənc tədqiqatçıların yüksək səviyyəli konfranslarda iştiraklarını təmin edərək öz tədqiqat işlərini təqdim etmək və gələcək əməkdaşlıq üçün yeni əlaqələr qurmasına şərait yaratmaqdır.

 

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026