BDU əməkdaşlarına Elm və Təhsil Nazirliyinin təltifləri təqdim olunub

26/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Elm və Təhsil Nazirliyi tərəfindən təltiflərə layiq görülmüş əməkdaşlarına mükafatlar təqdim edilib.

Nazirlik adından mükafatları təqdim edən Universitetin rektoru Elçin Babayev bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə yüksəkixtisaslı kadrların hazırlanmasında uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə BDU-nun 4 əməkdaşı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, bir əməkdaşı isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

Rektor təltiflərə layiq görülən Universitet əməkdaşlarını təbrik edib, onların hər birinin BDU-nun fəaliyyətində böyük rolunun olduğunu vurğulayıb.

Daha sonra rektor Elçin Babayev BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor  Əli Əhmədova “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı”nı, Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynovaya, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanova, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının müdiri, professor Rövşən Əliyevə, Ekoloji kimya kafedrasının dosenti Abuyəli Hüseynliyə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanlarını təqdim edib.

 

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026