BDU “Ən yaxşı informativ stendə görə” sertifikatı ilə təltif edilib

13/10/2018

Bakı Ekspo Mərkəzində təşkil edilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi başa çatıb. Sərgidə Bakı Dövlət Universiteti öz stendi ilə təmsil olunub və “Ən yaxşı informativ stendə görə” sertifikatı ilə təltif edilib.

“Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgidə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub.

Dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçını bir araya gətirən sərgi çərçivəsində Azərbaycan və xarici ölkələr öz universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim ediblər.

Qeyd edək ki, sərgi Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb.

Mətbuat və informasiya şöbəsi, 13 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026