BDU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçilib

01/02/2022

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 Fevral - Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının (TGT) “I Strateji Planlaşdırma Forumu” keçirilib.

Forumun keçirilməsində əsas məqsəd ATGTİ və TGT-lərin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır.

Ölkənin aparıcı təhsil müəssisələrinin də təmsil olunuğu Forumda 2021-ci il ərzində həyata keçirilən layihələrdən danışılıb ən fəal tələbə təşkilatları müəyyənləşdirilib. Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli tədbirlərin həyata keçirilməsində “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasına layiq görülüb.

Bu münasibətlə BDU TGT kollektivini təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik.

 

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026